Bakı Nəqliyyat Agentliyi (BNA) müxtəlif təyinatlı svetoforlar və hissələri, səsli qurğular, xüsusi düymələr, dirəklər və kontrolerlərin tədarükçüsünü seçir.
Seçim açıq tender metodu ilə keçirilir.
Tenderdə iştirak haqqı 1 min manatdır.
Tədarükçü şirkətlər tender üzrə təkliflərini 12 iyun saat 12:00-dək təqdim edə bilər. Tender proseduru 13 iyun saat 12:00-da baş tutacaq.
Telefon: (+99 412) 404-41-20 (daxili 2268). Əlaqələndirici şəxs: Sevinc Çobanova.
Bakı Nəqliyyat Agentliyi Azərbaycan prezidentinin 21 dekabr 2015-ci il tarixli Fərmanı ilə yaradılıb. Agentliyin fəaliyyətinin əsas məqsədi Bakı şəhərinin inzibati ərazisində nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz, fasiləsiz və rahat hərəkətini təmin etməkdir.*
N.Abbasova