Azərbaycan hər zaman Gürcüstanla sərhədinin tezliklə delimitasiya olunmasının tərəfdarı olub. Bunu XİN-in mətbuat katibi Leyla Abdullayeva deyib.
"Azərbaycanla Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası beynəlxalq təcrübədə tətbiq edilən qaydalara uyğun olaraq, qarşılıqlı əlaqələndirmə proseduraları əsasında mövcud ikitərəfli formatlar çərçivəsində həll olunur. Azərbaycan bu prosesi ən qısa müddət ərzində başa çatdırmağa hazırdır", - L.Abdullayeva Keşikçi (David Qareci) Dağı Məbəd-Kompleksinə girişin məhdudlaşdırılması ilə bağlı Gürcüstan kütləvi informasiya vasitələrində yayılan məlumatlara münasibət bildirərkən qeyd edib.
L.Abdullayeva xatırladıb ki, Keşikçi Dağı (David Qareci) Məbəd-Kompleksi Azərbaycan-Gürcüstan dövlət sərhədinin keçdiyi təpələr sırası boyunca, təxminən, 25 kilometr məsafədə səpələnmiş bir çox tarixi, memarlıq və dini obyektlərdən ibarətdir və həmin kompleks təpələr sırası ilə iki hissəyə bölünür. **
Ə.Məmmədov