Azərbaycanın Argentinadakı səfirliyi Uruqvay Xarici İşlər Nazirliyinə nota təqdim edib. Bu barədə “İnterfaks-Azərbaycan”a XİN-dən məlumat verilir.
Nota Azərbaycanın işğal olunmuş ərazilərində yaradılan qondarma rejimin “xarici işlər naziri” Masis Mailyanın Uruqvaya səfəri ilə əlaqədar təqdim olunub.
“M.Mailyan Uruqvayda yaşayan erməni icmasının dəvətilə qondarma “erməni soyqırımı” tədbirlərə qatılmaq üçün bu ölkəyə səfər edib. Tədbirdə Uruqvay Senatının sədri Lusia Topolanski iştirak edib”, - XİN-dən qeyd ediblər.
Bununla əlaqədar Azərbaycanın Argentinadakı səfirliyi Uruqvay Xarici İşlər Nazirliyinə nota təqdim edib.
“Uruqvay XİN cavabında bu məsələdə hökumətin rəsmi mövqeyinin fundamental və dəyişilməz olduğunu vurğulayıb. Azərbaycan səfirinin ən qısa zamanda Uruqvay Xarici İşlər Nazirliyində görüşünün keçirilməsi planlaşdırılır", - nazirlikdən bildiriblər. **
Ə.Məmmədov