Vaşinqton terrorçuluğa, insan alverinə qarşı mübarizə sahəsində Azərbaycanda həyata keçirilən tədbirləri müsbət qiymətləndirir. Daxili İşlər Nazirliyinin məlumatına görə, bunu ABŞ-ın Bakıdakı səfiri Örl Litzenberqer deyib.
“Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov ilə görüş zamanı ABŞ-ın səfiri Örl Litzenberqer respublikada əcnəbilər üçün yaradılmış təhlükəsiz şəraitdən, əmin-amanlıqdan məmnunluğunu ifadə edib”, - məlumatda deyilir.
Diplomat iki ölkə, həmçinin ABŞ səfirliyi ilə Daxili İşlər Nazirliyi arasında əməkdaşlığın inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.
“Azərbaycan qarşılıqlı hörmət və etimada əsaslanan, hər iki dövlətin milli maraqlarına cavab verən əlaqələr bu gün də bütün sahələrdə yüksələn xətt üzrə inkişaf edir”, - R.Usubov vurğulayıb.
Nazir bildirib ki, Azərbaycan qlobal təhlükəsizlik və terrorçuluqla mübarizə məsələlərində ABŞ ilə fəal əməkdaşlıq edir. **
R.Babayev