Azərbaycan Mərkəzi Bankı (AMB) uçot dərəcəsinin 9%-dən 8,75%-ə endirilməsi haqqında qərar qəbul edib. Bu barədə AMB-nin İdarə Heyətinin sədri Elman Rüstəmov bu gün mətbuat konfransında bildirib.
Faiz dəhlizinin aşağı həddi 7%-dən 6,75%-ə, yuxarı həddi isə 11%-dən 10,75%-ə endirilib. Qərar aprelin 26-dan qüvvəyə minib.
Cari ildə AMB tərəfindən uçot dərəcəsi 3-cü dəfədir aşağı salınır. Martın 15-də uçot dərəcəsi 9,25%-dən 9%-ə endirilib.
2018-ci ildə uçot dərəcəsi ardıcıl olaraq (4 mərhələdə - İF) 15%-dən 9,75%-dək azaldılıb.*
Ə.Məmmədov