Rusiya, Azərbaycan və İran liderlərinin görüşü avqust ayında Rusiyada keçiriləcək. Bunu Rusiya prezidenti Vladimir Putin bu gün Pekində Azərbaycan prezidenti İlham Əliyevlə görüşü zamanı deyib.
"Biz avqustda Rusiyada növbəti Rusiya-Azərbaycan-İran sammitinin keçirilməsi ilə bağlı razılığa gəlmişik", - deyə V.Putin bildirib.
Rusiya ilə Azərbaycan arasında ticarət məsələsinə toxunan Rusiya prezidenti qeyd edib ki, ötən il iki ölkə arasında ticarət dövriyyəsi 14% artaraq $2,5 mlrd.-a çatıb.*