2019-cu ilin birinci rübündə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 4,2% - $46,7 mlrd.-a qədər artıb. Bunu AMB-nin İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.
“Birinci rübün yekunları üzrə ölkənin valyuta ehtiyatları ilin əvvəlindən $1,9 mlrd. artaraq $46,7 mlrd. təşkil edib. Eyni zamanda, həm ARDNF-nin aktivləri, həm də AMB-nin ahtiyatları artıb. Xüsusilə, AMB-nin ehtiyatları təqribən $153 mln. artıb”, - E.Rüstəmov bu gün mətbuat konfransında bildirib.
O əlavə edib ki, ilin əvvəlindən 30 valyuta hərracı keçirilib, eyni zamanda təklif tələbatı bir qədər keçib.
2018-ci ilin sonuna olan vəziyyətə görə, valyuta ehtiyatları $44,8 mlrd. təşkil edib.
Azərbaycanın strateji valyuta ehtiyatları AMB-nin ehtiyatları, Dövlət Neft Fondunun aktivləri və Maliyyə Nazirliyinin xəzinə vəsaitlərindən formalaşır.**
Ə.Məmmədov