“Formula 1” üzrə Azərbaycan Qran-prisində birinci sərbəst yürüş dayandırılıb. Bu barədə “Formula 1”in mətbuat xidməti məlumat yayıb.
“Williams” komandasının pilotu Corc Rassellin bolidinin alt hissəsi drenaj lükünə ilişib və zədələnib.
C.Rassellin bolidini aparan evakuasiya maşınının kranı isə yerüstü piyada keçidinə ilişib. Nəticədə keçid zədələnib. Kran isə qırılıb və ondan axan yağ bolidin üzərinə tökülüb.
Sərbəst yürüş ləğv olunub.
İkinci sərbəst yürüş bu gün saat 16:55-dən 18:30-dək olacaq.*
R.Babayev