Ekologiya və Təbii Sərvətlər Nazirliyi respublikanın 3 iri sənaye şəhərində (Bakı, Sumqayıt, Gəncə) atmosfer havasının çirklənməsinin monitorinqi üzrə avtomatlaşdırılmış məntəqələrin quraşdırılması üçün podratçılar seçir. Bu barədə nazirliyin elanında deyilir.
Bundan başqa, Ekologiya və Təbii Sərvətlər Nazirliyi stasionar müşahidə məntəqələri ilə əhatə olunmayan ərazilərdə ətraf mühit komponentlərinə operativ nəzarət etmək üçün müasir səyyar laboratoriyaların tədarükçüsünü seçir (lot-2).
Seçim açıq tender metodu ilə keçirilir. 1-ci lot üzrə iştirak haqqı 500 manat, 2-ci lot üzrə 250 manatdır.
Tender təklifləri 10 iyun saat 17:00-dək qəbul olunur. Tender proseduru 11 iyun saat 15:00-da baş tutacaq.
Tender təkliflərinin qiymətləndirilməsi zamanı əsas götürüləcək meyarlar bunlardır: ucuz qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübə, maliyyə vəziyyəti.
Telefon: (+99412) 379-40-21. Əlaqələndirici şəxs: Nəsib Orucov.*
N.Abbasova