Azərbaycan Qran-prisində “Mercedes”in pilotları yarışa yenidən ilk sırada başlayacaqlar, Valtteri Bottas son saniyələrdə poul uğrunda mübarizədə rəqibini qabaqlayıb. Bu barədə f1news.ru. xəbər verir.
"Mən çox xoşbəxtəm. Son dövrədə poulu qazanmaq çox gözəl hissdir. Mən yaxşı çıxış etdim! “Ferrari” avtomobilləri çox sürətlidir. Şarl öz səhvi ucbatından mübarizəni dayandırdı, komandamız isə ağır məşqdən sonra belə nəticəyə nail olmaq üçün çox yaxşı çalışıb", - deyə V. Bottas bildirib.
Azərbaycan Qran-prisinin sıralama turunda ən yaxşı nəticəni “Mercedes” komandasının pilotları Valtteri Bottas (1:40.495) və Lüis Hamilton (1:40.554), eləcə də “Ferrari”nin pilotu Sebastyan Fettel (1:40.797) göstəriblər.*
R.Babayev