Azərbaycan və Polşanın ali audit orqanları “Hesablama Palatasının İnstitusional və İnzibati potensialinin gücləndirilməsi” mövzusunda tvinninq layihəsi çərçivəsində böyük iş görüb. Bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.
“Çox sayda seminar və treninləq, həmçinin müxtəlif müzakirələr keçirilib. Layihədə nəzərdə tutualn hər 4 əsas nəticə üzrə böyük iş görülüb”, - V.Gülməmmədov bu gün bildirib.
Layihənin rəhbəri Voysex Kutilanın qeyd etdiyi kimi, layihənin başlandığı 2017-ci ilin oktyabrından etibarən indiyədək 52 missiyadan 23-ü həyata keçirilib. “Azərbaycan Hesablama Palatasının 30-dan artıq əməkdaşı müxtəlif təlimlər keçib, biz layihəni vaxtında başa çatdırmağa ümid edirik”, - V.Kutila qeyd edib.
Xəbər verildiyi kimi, 2017-ci ilin 1 oktyabr tarixində start verilmiş layihə 2019-cu ilin dekabr ayına qədər davam edəcək. Xorvatiya, Slovakiya və Polşa ali audit orqanları ilə reallaşdırlna layihənin dəyəri 1,4 mln. avro təşkil edir.
Layihə dörd nəticəyə nail olmağı nəzərdə tutur: kadrlardan maksimum dərəcədə səmərəli və effektiv şəkildə istifadə etmək məqsədilə Hesablama Palatasının insan resurslarının idarə edilməsi və idarəetmə potensialının inkişaf etdirilməsi; Hesablama Palatasının Azərbaycanın yerli hüquqi normativ mühitinə və ISSAI standartlarına uyğun olaraq maliyyə və uyğunluq auditlərinin həyata keçirilməsi və hesabatların hazırlanması sahəsində potensialının inkişaf etdirilməsi; Hesablama Palatasının ISSAI standartlarına və Azərbaycanın yerli qanunvericiliyinə / normativ aktlarına uyğun səmərəlilik auditlərinin həyata keçirilməsi və müvafiq hesabatların hazırlanması potensialının inkişaf etdirilməsi; Hesablama Palatasının, funksiya və fəaliyyəti ilə əlaqədar məsələlərə dair Milli Məclis, audit edilən təşkilatlar və KİV-lər daxil olmaqla, məlumatlılıq səviyyəsi yüksək olan maraqlı tərəflər ilə effektiv münasibətlər qurması. **
Ə.Məmmədov