Xorvatiya baş nazirinin müavini, xarici və Avropa işləri naziri Mariya Peyçinoviç-Buriç Azərbaycanla qarşılıqlı ticarət dövriyyəsinin həcminin artımının zəruriliyini qeyd edir “Azərbaycan və Xorvatiya qarşılıqlı ticarət dövriyyəsinin həcmini mütləq artırmalıdır. Bizi müxtəlif sahələrdə çox sayda qarşılıqlı maraqlar birləşdirir” , - M.Peyçinoviç-Buriç bu gün Bakıda Azərbaycan XİN başçısı Elmar Məmmədyarov ilə birgə mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Zaqreb və Bakı energetika, avtomobil istehsalı, ASK, turizm və nəqliyyat sahələrində əməkdaşlığın inkişafında maraqlıdır.
Baş nazirin müavini əmindir ki, “gələcəkdə keçiriləcək görüşlərdə qarşılıqlı ticarət dövriyyəsi üzrə daha yaxşı rəqəmlər səsləndiriləcək”.
“Biz iqtisadi əməkdaşlığı genişləndirməyə çalışırıq. Növbəti iclası cari ilin sonu – gələn ilin əvvəlində keçiriləcək Azərbaycan –Xorvatiya Hökumətlərarası Komissiyanın fəaliyyəti buna şərait yarada bilər”, - M.Peyçinoviç-Buriç qeyd edib.
**
R.Babayev