SOCAR şirkəti (ARDNŞ) 2019-cu ilin sonuna dünya bazarlarında neftin qiymətinin bir qədər artacağını gözləyir. Bunu SOCAR-ın Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyev deyib.
“SOCAR-in 2019-cu il büdcəsi büdcəsi bir barel neftin qiymətinin $60 səviyyəsində olmasına əsaslanaraq hesablanıb. 2019-cu il ərzində neftin qiymətində kiçik dəyişikliklər və ilin sonuna cüzi artım gözləyirik”, - V.Əliyev Türkiyənin “Anadolu” agentliyinə müsahibəsində bildirib.
O vurğulayıb ki, neftin qiymətinin artımı ARDNŞ-nin gəlirliliyinə müsbət təsir göstərir.
“Lakin, qlobal neft və qaz bazarında inteqrasiya olunmuş oyunçu olaraq, biz daha pis ssenarilər, həmçinin qiymələrin ucuzlaşması risklərinə hazırıq”, - V.Əliyev bəyan edib. **
N.Abbasova