Xarici işlər naziri Elmar Məmmədyarov “Cənub Qaz Dəhlizi” vasitəsilə Azərbaycan qazının Balkan ölkələri, həmçinin Xorvatiyaya tədarükündə Bakının marağını qeyd edir.
“Xorvatiya ilə qarşılıqlı ticarət dövriyyəsinin gastəriciləri yüksək deyil, iqtisadi əlaqələri yaxşılaşdırmaq məsələlərini müzakirə etdik. Enerji sahəsində əməkdaşlıq bizim üçün böyük maraq kəsb edir, “Cənub Qaz Dəhlizi” ilə Azərbaycan qazının Balkan ölkələrinə tədarükü, enerji ehtiyatlarımızın Xorvatiyaya nəql olunmasını istərdik”, - E.Məmmədyarov bu gün Bakıda Xorvatiya baş nazirinin müavini, xarici və Avropa işləri naziri Mariya Peyçinoviç-Buriç ilə birgə mətbuat konfransında bildirib.
O, həmçinin Bakı və Zaqrebin nəqliyyat sahəsində əməkdaşlığın gücləndirilməsinə marağını qeyd edib. “Pekində “Bir kəmər, bir yol” forumu çərçivəsində nəqliyyat məsələlərini müzakirə etdik. Xorvatiya ilə nəqliyyat əlaqələrini gücləndirməyi planlaşdırırıq”, - E.Məmmədyarov qeyd edib.
Nazir, o cümlədən infrastruktur sahəsində əməkdaşlığın inkişafına dair yaxşı imkanların mövcudluğunu qeyd edib.
E.Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsi üzrə ədalətli mövqeyi dəstəklədiyinə görə Xorvatiya tərəfinə minnətdarlığını bildirib. “Zaqreb beynəlxalq səviyyədə tanınan sərhədlər çərçivəsində dövlətlərin ərazi bütövlüyü və suverenliyi prinsipləri qorunmaqla münaqişənin həllinin tərəfdarıdır”, - XİN başçısı qeyd edib. **
R.Babayev