Müdafiə naziri general-polkovnik Zakir Həsənov bu gün Türkiyəyə yola düşüb. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Səfərdə məqsəd 30 aprel-3 may tarixlərində İstanbulda keçiriləcək “İDEF-2019” Beynəlxalq Müdafiə Sərgisində iştirak etməkdən ibarətdir”, - deyə məlumatda bildirilir.
Sərgidə Azərbaycanın müdafiə sənayesi müəssisələrinin məhsulları da təqdim olunacaq.*
R.Babayev