Səhiyyə Nazirliyi iki dövlət proqramı çərçivəsində tibbi aparat və avadanlıqların satın alınmasına 7 mln. 921, 488 min manat yönəldəcək.
www.tender.gov.az saytında dərc olunmuş materiallara əsasən, Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzi «EKSPA» MMC “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı”na uyğun olaraq tibbi aparat və avadanlıqların satın alınması haqqında müqavilə bağlayıb. Müqavilənin dəyəri 6 mln. 309, 826 min manatdır.
“Ana və uşaqların sağlamlığının qorunması üzrə Dövlət Proqramı”nda nəzərdə tutulan tibbi aparat və avadanlıqların satın alınması haqqında ikinci müqavilə “3S OSTEOSİNTEZ” MMC ilə imzalanıb. Müqavilənin dəyəri 1 mln. 611,662 min manatdır.*
B.Rüstəmbəyov