Hazırda Azərbaycanda yeni iqtisadi inkişaf strategiyası hazırlanır. Bunu prezident İlham Əliyev deyib.
"Azərbaycanda həyata keçirilən islahatlar beynəlxalq təşkilatlar tərəfindən dəstəklənir. Hazırda ölkədə yeni iqtisadi inkişaf strategiyası hazırlanır", - deyə dövlət başçısı bu gün Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.
AzTV telekanalının məlumatına görə, prezident qeyd edib ki, I rübdə Azərbaycan iqtisadiyyatına $2,8 mlrd. sərmayə qoyulub.
İ.Əliyev iclasda qazlaşdırma, elektrikləşdirmə, içməli suyun verilməsi, meliorasiya, xarici investisiyaların cəlb edilməsi, eləcə də şəhid ailələrinin və məcburi köçkünlərin yeni mənzillərlə təmin olunması ilə bağlı işlərdən də bəhs edib.*
R.Babayev