Cari ilin I rübündə 20 iri dövlət və özəl şirkət tərəfindən Azərbaycandan qeyri-neft məhsullarının ümumi ixrac həcmi $239,43 mln. təşkil edib. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.
"Yanvar-mart aylarının yekunları üzrə dövlət şirkətləri arasında SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi ($43,1 mln.), özəl şirkətlər arasında isə “MTK Istehsalat Kommersiya” ($26,9 mln.) qeyri-neft məhsullarının ən iri ixracatçısı olub", - İdarədən bildirilir.
Dövlət şirkətləri arasında qeyri-neft məhsullarının ən iri ixracatçıları sırasına "Azərenerji" ($38,4 mln.), “Azəraliminium” MMC ($19,1 mln.), "AzerGold" QSC ($13 mln.), “Azərbaycan Hava Yolları” QSC ($4,5 mln.), “CTS-Agro” MMC ($2,4 mln.), “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC ($1,2 mln.), “Bakı Maşınqayırma Zavodu” ASC ($310 min), “Suraxanı Maşınqayırma zavodu törəmə” ASC ($310 min), “Azəripək” ($135 min), “Azərbaycan Dəmir Yolları” QSC ($85 min) daxildir.
Qeyri-neft sektoru üzrə qeyri-dövlət ixracatçı şirkətlərin siyahısında SOCAR Polymer ($23,6 mln.), Azerbaijan International Mining Company ("Anglo Asian Mining Plc”nin törəməsi) - $20,8 mln, P-Aqro ($8,3 mln.), «TST Export» ($7,8 mln.), “Sun Food» MMC ($6,6 mln.), “Azhazelnut» MMC ($6,1 mın.), «RAM Beynəlxalq Nəqliyyat ve Ticarət» ($6 mln.), "Baku Steel Company" MMC ($5,7 mln.), «Azerstar» ($5,4 mln.) var.
Azərbaycan 2019-cu ilin birinci rübündə $415 mln. məbləğində qeyri-neft məhsulları ixrac edib.**
N.Abbasova