Azərbaycan 2019-cu ilin yanvar-mart aylarında $415 mln. məbləğində qeyri-neft məhsulları ixrac edib ki, bu da 2018-ci ilin müvafiq dövrünün göstəricisindən 16,5% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən məlumat verilib.
Hesabat dövründə ixracın strukturunda əsas həcm elektrik enerjisi ($38,4 mln. - artım 13,2%), təmizlənmiş qoz ($38,4 mln. – artım 62%), çiyidli pambıq ($37,4 mln. – artım 2,8 dəfə), qızıl ($32,5 mln. – artım 5,1%), pomidor ($25,5 mln. - artım 6,3%), polietilen ($22,4 mln. – azalma 14,8%), polipropilen ($23,5 mln. – artım 78 dəfə), xurma ($18,1 mln. - azalmа 5,7%) və metanolun ($13,9 mln. – artım 6,3 dəfə) payına düşüb.
Hesabat dövründə Azərbaycandan qeyri-neft məhsulları idxal etmiş ölkələrin beşliyinə Rusiya ($115,3 mln. – artım 16,8%), Türkiyə ($99,2 mln. - artım 1,6% ), Gürcüstan ($50,2 mln. – artım 57,9%), İsveçrə ($33,7 mln. – artım 0,3%) və İtaliya ($12,7 mln. – artım 74%) daxil olub.
Beləliklə, qeyri-neft məhsullarının ixrac həcminin 27,8%-i RF-nin payına düşüb.
2018-ci ildə Azərbaycan $1 mlrd. 689 mln. məbləğində qeyri-neft məhsulları ixrac edib.**
B.Rüstəmbəyov