Prezident İlham Əliyev “Dövlət rüsumu haqqında” Qanunda könüllü dövlət daktiloskopik və genom qeydiyyatının aparılmasına görə dövlət rüsumunun tətbiqini nəzərdə tutan dəyişikliyi təsdiq edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Dəyişikliyə əsasən, könüllü dövlət daktiloskopik qeydiyyatının aparılmasına görə dövlət rüsumunun məbləği 20 manat, könüllü dövlət genom qeydiyyatının aparılmasına görə isə 250 manat təşkil edəcək.*
R.Babayev