KXDR xarici işlər nazirinin müavini Pak Myong Quk bu günlərdə Azərbaycana səfərə gələcək.
“Şimali Koreya xarici işlər nazirinin müavini Pak Myong Qukun başçılıq etdiyi nümayəndə heyətinin bu yaxınlarda Bakıya səfər edəcəyini gözləyirik”, - deyə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
Onun sözlərinə görə, səfər zamanı 2019-cu ilin oktyabr ayında Bakıda keçiriləcək Qoşulmama Hərəkatının 18-ci sammitinin yekunları üzrə qəbul edilməsi planlaşdırılan sənədlər müzakirə olunacaq.*
A.Əzizov