Prezident İlham Əliyev qeyd edir ki, bu il dövlət və özəl sektorlarda 50 minə yaxın ödənişli ictimai iş yeri yaradılacaq.
“Artıq 35 min insan bu il ödənişli ictimai işlərlə təmin edilib”, - deyə o, aprelin 30-da Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı bildirib.
Dövlət başçısının sözlərinə görə, bu prosesdə özəl sektor da mühüm rol oynamalıdır. “Dövlət sektoru 40 min ödənişli ictimai iş yeri yaradır. Sahibkarlar bu il təqribən 8 min ödənişli ictimai iş yeri yaradacaqlar. Beləliklə, 2019-cu ildə 50 minə yaxın şəxs ödənişli ictimai işlərə cəlb olunacaq”, - deyə İ.Əliyev qeyd edib.
Prezident əlavə edib ki, ölkədə, həmçinin vətəndaşların özünüməşğulluq proqramına cəlb olunması prosesi də gedir.*
R.Babayev