Maliyyə naziri Samir Şərifovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Fici Respublikasının paytaxtı Suva şəhərində Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 52-ci İllik Toplantısında iştirak edir. Bu barədə Maliyyə Nazirliyinin məlumatında deyilir.
“İllik Toplantı çərçivəsində S.Şərifovun bir sıra ikitərəfli görüşlərinin keçirilməsi də nəzərdə tutulub”, - deyə məlumatda bildirilir.
Azərbaycan 1999-cu ildən AİB-in üzvüdür. Əməkdaşlıq dövründə bank Azərbaycana $4 mlrd.-dan çox kredit verib.*
Ə.Məmmədov