Azərbaycanda fəaliyyət göstərən sənaye parklarının rezidentləri layihələrin həyata keçirilməsinə $3 mlrd.-dan çox sərmayə qoyub. Bu barədə iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov məlumat verib.
“İndiyədək sənaye parklarında layihələrin həyata keçirilməsinə 60 rezident tərəfindən $3 mlrd.-dan çox sərmayə qoyulub. Bu ilin I rübündə bu layihələrin reallaşdırılmasına investisiya qoyuluşları 540 mln. manat məbləğində olub”, - deyə o, bu gün “KOB evi” layihəsinin təqdimatında bildirib.
Nazir müavini qeyd edib ki, 2015-ci ilin noyabr ayından etibarən respublikada biznes strukturları ilə bağlı cəmi 1 mindən çox yoxlama (vergi yoxlamaları nəzərə alınmadan – İF) aparılıb. "Son 41 ay ərzində 1083 yoxlama (vergi yoxlamaları istisna olmaqla) aparılıb ki, bunun da 438-i 2019-cu ilin yanvar-mart aylarının payına düşüb.*
B.Rüstəmbəyov