Azərbaycan və Türkiyənin müdafiə nazirləri Zakir Həsənov və Hulusi Akar hərbi əməkdaşlığın inkişaf perspektivlərini və regionda sabitliyin təmin edilməsi məsələsini müzakirə ediblər.
Mayın 1-də İstanbulda baş tutan görüşdə nazirlər iki ölkə arasında hərbi əməkdaşlığın inkişaf perspektivlərini, regionda sabitliyin təmin edilməsində Azərbaycan Ordusunun və Türkiyə Silahlı Qüvvələrinin rolunu müzakirə ediblər”, - deyə Azərbaycan Müdafiə Nazirliyinin məlumatında qeyd olunur.
Tərəflər hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlıq, birgə təlimlərin keçirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıblar.*
R.Babayev