SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, ARDNŞ) 2019-cu ilin yanvar-aprel aylarında Bakı-Novorossiysk neft kəməri ilə 249,71 min ton neft ixrac edib.
Bu barədə Rusiya Energetika Nazirliyinin Yanacaq-Energetika Kompleksinin Mərkəzi Dispetçer İdarəsi məlumat verib.
“Cari ilin yanvar-aprel aylarında “Transneft” şirkətinin sistemi üzrə Azərbaycandan Novorossiysk limanına 249,71 min ton, o cümlədən apreldə 173 ton neft nəql olunub”, - məlumatda bildirilir.
2018-ci ilin yanvar-aprel aylarında Bakı-Novorossiysk kəməri ilə 399 min ton Azərbaycan nefti nəql olunub. Beləliklə, 2019-ci ilin yanvar-aprel aylarında “şimal” kəməri ilə Azərbaycan neftinin ixracı 37,4% azalıb.
2018-ci ildə SOCAR Bakı-Novorossiysk kəməri ilə 1 mln. 212,7 min ton neft nəql edib.
SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin rəisi Adnan Əhmədzadəyə istinadən verilən məlumata görə, Azərbaycan 2019-cu ildə Bakı-Novorossiysk kəməri ilə 1,5 mln. tona qədər neft nəql edəcək.
Azərbaycan 1997-ci ildən öz neftini Bakı-Novorossiysk kəməri ilə nəql edir.**
N.Abbasova