2019-cu ilin I rübündə Azərbaycanda plastik kartlar üzrə dövriyyənin həcmi 200 mln. manat təşkil edib. Bunu “PAŞA Bank”ın İdarə Heyətinin üzvü Cəlal Orucov deyib.
“2019-cu ilin birinci rübündə Azərbaycanda plastik kartlar üzrə dövriyyə 200 mln. manat təşkil edib. Bu məbləğin 50 mln. manatdan çoxu və ya 24%-i “PAŞA Bank”ın payına düşüb”, - C.Orucov bu gün “Turkish Airlines” ilə birgə məhsul olan “Miles&Smiles” kartının təqdimatında qeyd edib.
Onun sözlərinə görə, cari ilin birinci rübünün yekunları üzrə “PAŞA Bank” bu göstərici üzrə Azərbaycan bankları arasında liderdir. **
Ə.Məmmədov