Təbii qaza olan tələbatını əsasən Azərbaycandan idxal hesabına təmin edən Gürcüstan bu il Rusiyadan da kiçik hıcmdə tədsrük həyata keçirib, baxmayaraq ki, öncədən bu planlaşdırılmamışdı.
Gürcüstan İqtisadi İnkişaf Nazirliyinin 2019-cu il üçün təbii qaz balansına daxil etdiyi dəyişikliklərə əsasən, apreldə Rusiyadan 6 mln. kubmetr qaz tədarük olunub. Bu ilk dəfə “Qazprom eksport” şirkəti ilə əvvəlki müqavilənin müddəti başa çatdıqdan sonra 2017-ci ilin dekabr ayından sonra baş verib. Həmin müqaviləyə əsasən, respublika Rusiya qazəının Ermənistana tranzitindən nəqlin ümumi həcmindən 10% qismən pul, qismən isə xammal ilə əldə edirdi.
Eyni zamanda, yenilənmiş balansa əsasən, ilin sonunadək Rusiyadan qaz tədarükü nəzərdə tutulmur.
2019-cu ildə Gürcüstanda 2 mlrd. 555,1 mln. kubmetr həcmində təbii qaz istehlakı proqnozlaşdırılır, bu da 2018-ci ilin göstəricisindən 4,4% çoxdur.
Əvvəlki kimi, Gürcüstanın idxal etdiyi təbii qazın bütün hıcmi praktiki olaraq, Azərbaycanın payına düşür. Cari il Azərbaycandan 2 mlrd. 542 mln. kubmetr qaz tədsrükü planlaşdırılır, bu da nəzərdə tutulandan 1,9% azdır. Həmçinin, 1 mlrd. 714,2 mln. kubmetr qaz ARDNŞ-nin Gürcüstandakı törəməsi, 827,8 mln. kubmetr qaz – “Şahdəniz” layihəsi çərçivəsində idxal olunacaq.
Bu il Gürcüstanda təbii qaz hasilatı yalnız 7,2 mln. kubmetr həcmində proqnozlaşdırılır. **