Maliyyə Monitorinqi Xidməti (MMX) 2018-ci ildə şübhəli və cari əməliyyatlara dair 552,297 min məlumat alıb. Bu barədə “İnterfaks-Azərbaycan”a Xidmətdən məlumat verilir.
Xəbər verildiyi kimi, 2017-ci ildə MMX-yə 469,151 min məlumat daxil olub. Beləliklə, 2018-ci il ərzində Xidmət tərəfindən şübhəli və cari əməliyyatlara dair alınan məlumatların sayı 17,7% artıb.
Məlumatların yarısından çoxu (63,5%-i) cari əməliyyatlar, 31,2%-i yüksək riskli əməliyyatlar, 0,3%-i – şübhəli əməliyyatlar, daha 5%-i – qalan əməliyyatların payına düşüb.
Ötən ilin dekabr ayında Xidmət daha çox - 41,206 min məlumat, mart ayında isə ən az - 28,3 min məlumat alıb.
Azərbaycan prezidenti İlham Əliyev 25 may 2018-ci il tarixində Maliyyə Monitorinqi Xidməti publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayıb. **
Ə.Məmmədov