2019-cu ilin yanvar-fevral aylarında Azərbaycan Türkiyəyə 207 min 85,042 ton xam neft ixrac edib. Bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun məlumatında deyilir.
Yanvar-fevral aylarında Azərbaycan Türkiyə bazarına neft ixrac etməyib.
Məlumata görə, cari ilin fevral ayında Türkiyəyə 129 min 85,042 ton Azərbaycan nefti ixrac olunub. Hesabat ayında bu ölkəyə xam neft və neft məhsullarının tədarükünün ümumi həcmində 3,84% Azərbaycanın payına düşüb.
2019-cu ilin fevral ayında Türkiyə 3 mln. 365,548 min ton neft və neft məhsulları, o cümlədən 2 mln. 342,95 min ton xam neft (artım 78,3%) idxal edib.
Qurumun məlumatına əsasən, “SOCAR Turkey Enerji” şirkəti tərəfindən nəzarət olunan “STAR” NEZ 2019-cu ilin yanvar-fevral aylarında 423,343 min ton neft (fevralda 383,343 min ton) alıb.
19 oktyabr 2018-ci il tarixində STAR NEZ-in işə salınması mərasimi keçirilib. NEZ-də “Azeri Light”, “Kərkük” və “Urals” kimi neft markalarının emalı planlaşdırılır.
Zavodda illik 1,6 mln. ton nafta, 1,6 mln. ton reaktiv yanacaq, 4,8 mln. ton ultra aşağı kükürd tərkibli dizel yanacağı, 700 min ton neft koksu, 420 min ton qarışıq ksilol, 480 min ton reformat və 160 min ton kükürd istehsal olunacaq.
Zavodun tikintisi “Petkim” neft-kimya kompleksini xammalla təmin etməyə və SOCAR-ın dizel yanacağı, aviasiya kerosini, eləcə də kimya sənayesi üçün xammalla böyük Aralıq dənizi bazarına çıxmasına imkan verəcək.
“STAR” NEZ-in tikintisi layihəsinə ümumilikdə $6,3 mlrd. sərmayə qoyulub, bunun $3,3 mlrd.-ı kreditlərin payına düşüb. Ortamüddətli perspektivdə NEZ-ə əlavə investisiyalar $700 mln. məbləğində olacaq.
SOCAR “STAR” NEZ-in fəaliyyətindən illik $500 mln. gəlir əldə edəcək.*
N.Abbasova