SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi (İB) 2009-2019-cu illərdə 2349 yaşayış məntəqəsini qazlaşdırıb. Bu barədə İB-in məlumatında deyilir.
“2009-2019-cu illərdə ümumilikdə uzunluğu 51,915 min kilometrdən çox müxtəlif diametrli daşıyıcı və məhəllə daxili qaz xətti çəkilib, 9,742 min kilometrədək boru xətti isə əsaslı təmir olunub. Qazlaşdırma səviyyəsi 95,7%-ə çatıb”, - deyə məlumatda bildirilir.
Hazırda ölkə üzrə təbii qazla təmin olunan əhali abunəçilərinin sayı 2 mln. 183 minə bərabədir.*
N.Abbasova