2019-cu il aprelin 30-na Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları $5 mlrd. 789 mln. təşkil edir. Bu barədə AMB-nin saytında məlumat verilir.
2018-ci ilin sonuna AMB-nin valyuta ehtiyatları $5 mlrd. 625,7 mln. təşkil edib. Beləliklə, bu ilin yanvar-aprel aylarında Mərkəzi Bankın valyuta ehtiyatları 2,9% artıb.
Apreldə AMB-nin valyuta ehtiyatları 0,2% və ya $10,4 mln. artıb.
2018-ci ildə Mərkəzi Bankın valyuta ehtiyatları 5,4% artıb.*
Ə.Məmmədov