İyunun 27-də Sürixdə Azərbaycan-İsveçrə biznes forumu keçiriləcək. Bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) məlumatında deyilir.
“AZPROMO Sürixdə biznes forum təşkil edir və şirkətlərdən iştirak üçün ərizələrin qəbulunu elan edir”, məlumatda qeyd olunur.
AZPROMO 2003-cü ildə yaradılıb. İlkin mərhələdə fond investisiyaların təşviqi və investisiya məsələləri üzrə məsləhətləşmələrlə məşğul olurdu. 2005-ci ilin avqust ayında fondun funksiyaları genişləndirilib və fond ixracın təşviqi məsələləri ilə məşğul olmağa başlayıb.**
F.İsazadə