Azərbaycan Milli Məslisin spikeri Oqtay Əsədov bazar ertəsi İtaliyaya səfərə yola düşəcək. Bu barədə parlamentin mətbuat xidmətindən məlumat verilir.
“Səfər çərçivəsində O.Əsədov İtaliya Senatının və Deputatlar Palatasının rəhbərliyi ilə qanunvericilik orqanları arasında inkişaf perspektivlərini müzakirə edəcək”, - məlumatda deyilir.
Milli Məclisin spikerinin İtaliyaya səfəri mayın 8-dək davam edəcək. **
R.Babayev