Bazar günü Bakının Sabunçu rayonunda avtobus və yük avtomobilinin iştirakı ilə baş verən yol qəzası nəticəsində 6 nəfər xəsarət alıb. Bunu “İnterfaks-Azərbaycan"a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Əbubəkirov deyib.
“Yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan 3 qadın və üç kişi 3 sayliŞəhərKlinik Xəstəxanasına yerləşdirilib”, - o qeyd edib.
P.Əbubəkirovun sözlərinə görə, həkimlər xəsarət alan iki nəfərin vəziyyətini ağır, qalanların – orta ağır kimi qiymətləndirirlər. **
R.Babayev