Bazar günü Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Küləyə qalib gəl” şüarı altında dördüncü dəfə “Bakı Marafonu 2019" keçirilib.
Dövlət Bayrağı Meydanından start götürən marafon 21 kilometr məsafəni əhatə edib və Bakı Olimpiya Stadionunda başa çatıb. Bu il marafonda 22 mindən artıq şəxs iştirak edib.
Marafonun qalibləri uqandalı İsmayıl Senyanqe və ukraynalı Vaılentina Poltavskaya olublar.
Kişilər arasında ikinci yeri, bir il öncəki kimi, İran vətəndaşı Məhəmməd Cəfər Muradi, üçüncü yeri Azərbaycan təmsilçisi Elman Abışov tutublar.
Qadınlar arasında ikinci yerdə şotlandiyalı Suzanna Matonti və üçüncü yerdə azərbaycanlı Ayna Yusifova qərarlaşıb.
“Bakı Marafonu” hər il keçirilir, ilk dəfə 1 may 2016-cı ildə keçirilib. **
R.Babayev