Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi avtomobil infrastrukturunun inkişafı üzrə inveastisiya layihələrinin reallaşdırılmasına yerli və xarici özəl şirkətləri cəlb etməyi ümid edir. Bu barədə “İnterfaks-Azərbaycan”a AYDA-dan məlumat verilir.
Xüsusilə, şirkətlər aşaöıdakılar layihələr üzrə əməkdaşlığa dəvət olunurlar: R6 Tağıyev-Sahil avtomobil yolunun 4 zolaqlıya genişləndirilməsi; ikinci texniki dərəcəli Quba-Şamaxı yolunun tikintisi; Şamaxı aşırımından keçmək şərti ilə Şamaxı-Ağsu avtomobil yolunun tikintisi.
“Özəl şirkətlərin iştirakı ilə bu layihələrin reallaşdırılması Azərbaycanda Strateji Yol Xəritəsinə uyğun olaraq logistika və ticarətin inkişafına yönəlib və “Tik-işlət-təhvil-ver” prinsipi əsasında həyata keçiriləcək”, - AYDA-danq eyd ediblər. **
N.Abbasova