Salyan rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 1 uşaq həlak olub, 7 nəfər yaralanıb.
Sərbəst güləş üzrə turnirdə iştirak edəcək yeniyetmə idmançıları Şirvan rayonundan Cəlilabad rayonuna aparan “Merсedes Vito” markalı mikroavtobus Salyan rayonu ərazisində aşıb. Mikroavtobusu komandanın məşqçisi idarə edirdi.
“Qəza nəticəsində 1 uşaq həlak olub, mikroavtobusun sürücüsü də daxil olmaqla 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb”, - deyə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
Onun sözlərinə görə, yaralılardan birinin vəziyyəti stabil ağırdır.*
Faktla bağlı araşdırma aparılır.*
F.İsazadə