1 aprel 2019-cu il tarixinə Azərbaycanda banklar tərəfindən 2,524 min ədəd bankomat quraşdırılıb ki, bu da 2018-ci ilin sonuna olan göstəricidən 1% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
Aprelin 1-nə Bakıda 1,349 min ədəd (hesabat dövründə artım 1,2%), bölgələrdə 1,185 min ədəd (artım 0,7%) bankomat quraşdırılıb.
2019-cu il aprelin 1-nə respublika ərazisində ticarət və xidmət obyektlərində quraşdırılan pos-terminalların sayı 66,401 min ədəd təşkil edib ki, bu da cari ilin əvvəlinə olan göstəricidən 0,6% çoxdur.
Bununla yanaşı, Bakıda 39,703 min ədəd (artım 2%), regionlarda 26,698 min ədəd (azalma 1,35%) pos-terminal mövcuddur.
Pərakəndə ticarət obyektlərində 64,985 min ədəd pos-terminal və ya bütün pos-terminalların 97,9%-i quraşdırılıb.*
B.Rüstəmbəyov