Prezident İlham Əliyev Şeremetyevo aeroportunda təyyarənin qəza enişi nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar rusiyalı həmkarı Vladimir Putinə başsağlığı verib.
Şeremetyevo aeroportunda təyyarənin qəza enişi nəticəsində çoxsaylı insan tələfatı barədə xəbər məni dərindən kədərləndirdi. Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına dərin hüznlə başsağlığı verirəm. Xəsarət alanların tezliklə sağalmasını arzu edirəm”, - deyə başsağlığı məktubunda bildirilir.
Xatırladaq ki, mayın 5-də Moskvanın Şeremetyevo hava limanında “Aeroflot” şirkətinə məxsus “Superjet-100” sərnişin təyyarəsinin eniş zamanı yanması nəticəsində 41 nəfər həlak olub. Moskvadan Murmanska uçan təyyarə havaya qalxdıqdan sonra geri dönüb və məcburi eniş edərkən alovlanıb. Təyyarədə 78 nəfər olub.*
F.İsazadə