Azərbaycan Mərkəzi Bankı (AMB) bu gün depozit hərracında 150 mln. manat cəlb edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
“Mərkəzi Bank mayın 6-da keçirilən hərracda 150 mln. manat məbləğində vəsait cəlb edib. Hərrac zamanı təklif 633,9 mln. manat, orta ölçülmüş faiz dərəcəsi 6,76% təşkil edib”, - deyə məlumatda bildirilir.
Vəsaitlər 14 gün müddətinə cəlb edilib.
Xəbər verildiyi kimi, AMB depozit hərraclarının keçirilməsinə 2016-cı ilin iyun ayında başlayıb.**
B.Rüstəmbəyov