Bakı dəmir yolu ilə yük daşımaları sahəsində Moskva ilə əməkdaşlığın genişlənəcəyinə ümid edir. Bunu prezident İlham Əliyev deyib.
İki ölkə arasında dəmiryol nəqliyyatı sahəsində əməkdaşlığın inkişafı məsələləri bu gün Bakıda prezident İ.Əliyev ilə “Rusiya Dəmir Yolları” ASC-nin baş direktoru və İdarə Heyətinin sədri Oleq Belozyorov arasında müzakirə edilib.
Dövlət başçısının saytında verilən məlumata görə, Azərbaycan tərəfinin Rusiya Dəmir Yolları ilə əməkdaşlıqdan məmnunluğunu bildirərək, O.Belozyorovun ölkəmizə səfərinin əlaqələrin perspektivləri ilə bağlı səmərəli müzakirələrin aparılması üçün yaxşı imkan yaratdığını deyib. O, ümidvar olduğunu bildirib ki, Azərbaycanla Rusiyanın dəmir yolu sahəsindəki imkanları gələcəkdə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı şərait yaradacaq.
Rusiyadan Azərbaycan vasitəsilə tranzit yüklərin artdığını qeyd edən prezident bu sahədə yeni addımların atılacağına əminliyini ifadə edib.
O.Belozyorov qeyd edib ki, bu ilin birinci rübündə Azərbaycan və Rusiya arasında daşımaların həcmi 25% artıb.
O, tranzitin təşkili və yeni marşrutların müəyyən edilməsinin ölkələrimizin iqtisadi inkişafına öz töhfəsini verdiyini bildirib.*
N.Abbasova