2019-cu ilin sonunadək Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun (MKSİF) sifarişi ilə 2,8 mindən çox yaşayış evi tikiləcək. Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.
“MKSİF-in sifarişi əsasında cari ilin sonunadək Azərbaycanın müxtəlif bölgələrində 2,814 min məcburi köçkün ailəsi üçün yaşayış evləri tikiləcək”, - deyə məlumatda bildirilir.
Xüsusilə Bakının Pirallahı rayonunda 300, Şirvan şəhərində 685, Kürdəmir rayonunda 563, Ucar rayonunda 250, Göygöl rayonunda 130, Ağcabədi rayonunun “Taxta körpü” adlanan ərazisində birinci mərhələdə 645 ailə üçün zəruri sosial-texniki infrastrukturu olan qəsəbələr, Beyləqan rayonu ərazisində 146, Füzuli rayonunda isə 95 məcburi köçkün ailəsi üçün fərdi evlər tikilib istifadəyə veriləcək.
“2020-ci ildə belə layihələr Sumqayıt və Gəncə şəhərlərində, Ağcabədi, Şəmkir, Samux, Goranboy rayonlarında icra ediləcək”, - deyə məlumatda qeyd olunur.*
R.Babayev