Beynəlxalq Valyuta Fondu (BVF) iyun ayında Azərbaycan hökuməti ilə BVF-nin Nizamnaməsinin IV maddəsi üzrə illik məsləhətləşmələr aparacaq.
“BVF-nin Azərbaycan üzrə missiyasının rəhbəri Natalia Tamirisanın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan hökuməti ilə fondun Nizamnaməsinin IV maddəsi üzrə məsləhətləşmələr aparmaq üçün 12-27 iyun tarixlərində Bakıda səfərdə olacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə BVF-nin Bakı ofisinin rəhbəri Ağgün Qədirli məlumat verib.
BVF sonuncu dəfə 2018-ci ilin mart ayında Azərbaycan hökuməti ilə IV maddə üzrə məsləhətləşmələr aparıb.
Azərbaycan BVF-yə 1992-ci il sentyabrın 18-də qoşulub. Azərbaycan hökuməti 2006-cı ildən BVF-dən kredit almır və əməkdaşlıq fondun nizamnaməsinin IV maddəsi üzrə məsləhətləşmələr, makroiqtisadi siyasətin əsas istiqamətləri üzrə texniki missiyalar çərçivəsində həyata keçirilir.*
A.Əzizov