7 may 2019-cu il tarixində Azərbaycanla Almaniya arasında siyasi məsləhətləşmələr keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan”a Almaniyanın Bakıdakı səfirliyindən məlumat verilib.
“Məsləhətləşmələr çərşənbə axşamı Bakıda keçiriləcək. Məsləhətləşmələrdə iştirak məqsədilə Almaniya XİN-in Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə müvəkkili Mixael Zibert Azərbaycana gəlib”, - agentliyin həmsöhbəti bildirib. **
F.İsazadə