Kənd Təsərrüfatı Nazirliyi kənd təsərrüfatı məhsullarının onlayn rejimdə alqı-satqısı üzrə elektron ticarət platforması yaratmağı planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə nazirlikdən məlumat verilib.
“Layihənin həyata keçirilməsi məqsədilə elektron platformanı yaradacaq şirkətin seçilməsi üzrə tender elan edilib”, - deyə məlumatda bildirilir.
Tenderdə iştirak haqqı 150 manatdır.
Tender təklifləri aşağıdakı meyarlar üzrə qiymətləndiriləcək: ucuz qiymət, yüksək keyfiyyət, iddiaçının bu sahədə iş təcrübəsi, maliyyə vəziyyəti.
Təkliflər 24 iyun saat 18:00-dək qəbul olunur. Tender proseduru iyunun 25-də baş tutacaq.
Telefon: (+99 450) 400-88-99, əlaqələndirici şəxs: Hümbət Hüseynov.*
B.Rüstəmbəyov