Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev və Gürcüstan Sərhəd Polisinin rəisi Teymuraz Kekelidze sərhəddə əməliyyat şəraitini müzakirə ediblər. Bu barədə Dövlət Sərhəd Xidmətinin məlumatında deyilir.
“Görüş zamanı Azərbaycan-Gürcüstan dövlət sərhədində əməliyyat şəraiti, sərhəd təhlükəsizliyinə qarşı təhdidlərlə birgə mübarizə aparılması, məlumat və təcrübə mübadiləsinin davam etdirilməsi məsələləri müzakirə olunub”, - deyə məlumatda bildirilir.
Tərəflər ikitərəfli əməkdaşlığın inkişaf dinamikasını müsbət qiymətləndiriblər.*
R.Babayev