Prezident İlham Əliyev bu gün Qobustan Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak edib.
Səhiyyə naziri Oqtay Şirəliyev görülən işlər barədə dövlət başçısına məlumat verib. O qeyd edib ki, 90 çarpayılıq Qobustan Rayon Mərkəzi Xəstəxanasının ümumi ərazisi 2,6 hektardan çoxdur. Burada əsas korpusla yanaşı, terapiya və təcili-tibbi yardım binası, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qobustan Rayon Şöbəsinin binaları inşa olunub. Xəstəxanada əsasən Yaponiya, Koreya Respublikası, İtaliya və Türkiyədən alınan müasir tibbi avadanlıq quraşdırılıb. Hazırda xəstəxanada 26 həkim və 51 orta tibb işçisi çalışır.*
F.İsazadə