Mayın 7-də Azərbaycan prezidenti İlham Əliyev Qobustan rayonuna səfər çərçivəsində Qobustan-Poladlı avtomobil yolunun açılışında iştirak edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Qeyd olunub ki, uzunluğu 14,5 kilometr olan iki hərəkət zolaqlı yol 5 min nəfərin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirir. Avtomobil yolunun tikintisinə dövlət büdcəsinin investisiya xərclərindən 6,4 mln. manat vəsait ayrılıb.
O cümlədən, İ.Əliyev “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Qobustan filialının açılışında iştirak edib. Burada 150 toxucu və 14 inzibati-təsərrüfat işçisinin çalışması nəzərdə tutulub. Qobustan xalça istehsalı emalatxanasının tikintisi və təchizatına dövlət büdcəsindən 2 mln. manat vəsait ayrılıb. **
B.Rüstəmbəyov