1 aprel 2019-cu il tarixində Bakı sakinlərindən cəlb olunan əhalinin bank əmanətləri 7 mlrd. 694 mln. 108 min manat təşkil edir, bu da 2019-cu ilin əvvəlinə olan göstəricidən 0,2% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan məlumat verilib.
1 aprel 2019-cu il tarixinə AMB-nin məlumatına əsasən, əhalinin bütün bank əmanətlərinin 92,3%-i Bakı sakinlərinin payına düşüb.
Hesabat dövründə paytaxtda əhalidən əmanətlər illik orta hesabla 3,6% dərəcə ilə qəbul olunub, respublika üzrə bu göstərici 3,8% təşkil edib.
Ümumilikdə, paytaxt sakinləri xarici valyutada əmanətlərə üstünlük verirlər. Əmanətlərin 4 mlrd. 896 mln. 9 min manatı (Bakı üzrə bütün əmanətlərin 63,6%-i) onların, 2 mlrd. 798 mln. 99 min manatı milli valyutada əmanətlərin payına düşüb (36,4%). Paytaxtda əhalidən xarici valyutada banklar tərəfindən illik orta hesabla 1,7% dərəcə, milli valyutada illik 7% dərəcə ilə əmanətlər qəbul olunub.
1 aprel 2019-cu il tarixinə banklar regionlarda əhalidən 644 mln. 991 min manat məbləğində əmanətlər cəlb olunub, bu da 2019-cu ilin əvvəlinə olan göstəricidən 3,4% azdır.
Regionlarda Abşeron iqtisadi rayonun əhalisi pulları banklarda saxlayır. 1 aprel 2019-cu il tarixinə Abşeron iqtisadi rayonunda əhalinin banklarda əmanətləri illik orta hesabla 6,4% dərəcə ilə 201,266 mln. manat təşkil edir.
Gəncə-Qazax iqtisadi rayonun sakinləri 131 mln. 731 min manat (illik orta hesabla 6,1% dərəcə ilə), Aran iqtisadi rayonun sakinləri 110 mln. 294 min manat məbləğində əmanətlər cəlb ediblər (illik 4,8% dərəcə ilə).
Qalan əmanətlər digər qitisadi rayonların sakinlərinin payına düşüb. **
Ə.Məmmədov